Azərbaycan AÇ-də 3 qızıl medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən 3-cü Avropa çempionatı milli komandamız üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, 15 ölkədən 75 taekvondoçunun iştirak etdiyi qitə çempionatına 12 idmançı ilə qatılan para-taekvondo üzrə millimiz vətənə 3 qızıl, 2 gümüş və 5 bürünc medalla dönür.
Gərgin keçən çempionata qatılan idmançılarımızdan Nicat Müslümov (-75 kq)(K42), Aleksandr Poleşuk (+75 kq), Aynur Məmmədova (58 kq) (K44) qızıl medal qazanaraq fəxri kürsun ən yüksən pilləsinə qalxıblar. Rövşən Qəhrəmanlı (-61 kq) (K44) və Rövşən Rzayev (-75 kq) (açıq kateqoriya) isə final mərhələsində məğlub olaraq gümüş medala layiq görülmüşdür. Digər taekvondoçulardan Namiq Abbasov (61 kq) (K43),Bahar Şıxəliyeva (-49 kq) (K44), Devran Məsənov (-61 kq) (K42), Anar Hüseynov (-61 kq) (K42) və Şamil Kərimov (61 kq) (açıq kateqoriya) yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, komandamız kişilər arasında Rusiyadan sonra 2-ci yer, qadınlar arasında Rusiya və Türkiyə komandasından sonra 3-çü yerə layiq görülüb. 25 idmançı ilə cempionata qatılan Rusiya mill komandası, komanda hesabında 1-ci yer,12 taekvondoçu ilə iştirak edən millimiz isə 2-ci yerdə qərarlaşıb. Nəzərinizə çatdıraq ki, bu çempionatdan öncə para-taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi və bir dəfə Avropa ikincisi olmaqla yüksək göstərici ilə liderlər arasındadır.
Taekvondoçularımız çempionata, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev, baş katibi Həmid Məmmədov, komandanın baş məşqçisi,əməkdar məşqçi Əvəz Tağıyev,böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılıblar.