Dmitri və Roman Saley qran prini 9 medalla başa vurdu
29 fevral 2016 01:00

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə idmançıları 23-29 fevral 2016-cı il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçirilən qran pri yarışlarında çıxışlarını başa vurublar. Azerisport.az xəbər verir ki, 100 metr sərbəst üsülla üzmə (krol) növündə Roman Saley gümüş, Dmitri Saley qızıl, 400 metr məsafəyə üzmədə Roman Saley qızıl medal qazanıb. Beləliklə, idmançılarımız 12 növdən 9-da fərqləniblər (5 qızıl, 4 gümüş).