Boyanka Kostova dopinqə görə Rio-2016-nı buraxa bilər
9 iyun 2016 17:40

Dünya və Avropa çempionumuz Boyanka Kostova Olimpiadada iştirak etməyə bilər. Azerisport.az xəbər verir ki, bolqar atletin və İntiqam Zairovun London-2012-də dopinqli olduğu üzə çıxıb.
BOK-un sabah verəcəyi yekun qərardan sonra yığma üzvlərinin taleyinə aydınlıq gələcək. Dopinq iddiası təsdiqini tapsa, Zairov ömürlük diskvalifikasiya olunacaq. Kostova isə Rio-2016-nı buraxacaq.