Fotoreportaj|Video|На русском

Rio-2016

Elvin Məmişzadə: Əsas məqsədim adımı idman tariximizə yazmaqdır

15 iyun 2016 13:30

Boks üzrə dünya çempionu (52 kq) Elvin Məmişzadə azerisport.az saytına müsahibəsində ABŞ toplanışından, Rio Olimpiadasındakı hədəflərindən danışıb.

- Bir müddət öncə Amerikada toplanış keçdiniz. Şəxsən bu hazırlıq prosesi sənə nə qazandırdı?
- Məşqlərimiz yaxşı gedir. Kolorado-Sprinqs şəhərində çox faydalı toplanış keçdik. Ordakı bazada hər cür şərait var. Üstəlik, dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən orda hazırlıq keçmək bizim üçün çox xeyirli oldu. Sınaqçı-rəqibim amerikalı boksçu idi. Yaxşı idmançı idi.

- Hazırda formadasan?
- Hələ pik nöqtəyə çatmamışam. İndi formada olmaq mənə sərf eləmir. Yarışa 1 həftə qalmış ən yüksək səviyyəyə çatmaq lazımdır.

- Məşqlərdə yüklənmə prosesi davam edəcək?
- Əlbəttə. İndi 3 boksçumuzu lisenziya turniri gözləyir. Bakıdakı yarışdan sonra yenə ABŞ-da toplanış keçəcəyik. Yüklənmə orda olacaq. Sonra yenidən vətənə qayıdıb, məşqləri burda davam etdirəcəyik. Daha sonra Olimpiada ərəfəsində Braziliyada toplanış keçəcəyik ki, bu da mühitə, iqlimə, saat fərqinə uyğunlaşmağa imkan verəcək. Olimpiya Oyunları ərəfəsində Atletlər kəndinə gedəcəyik.

- Dünya çempionatından sonra səni yarışlarda görməmişik. Olimpiadada döyüş praktikasının azlığından əziyyət çəkəcəyini düşünmürsən?
- Ötən ay İspaniyada beynəlxalq turnirdə çıxış etdim. Həmin yarışda çempion oldum. Praktikamın az olduğunu düşünmürəm.

- Rio-2016-ya dünya çempionu statusuyla qatılacaqsan. Bu üzdən rəqiblərin sənə çox ciddi yanaşacaq. Bu, sənə problem yarada bilər?
- Bütün boksçuların mənə qarşı ciddi hazırlaşacağını bilirəm. Amma eyni zamanda mən də bütün rəqiblərimə qarşı ciddi tədbirlər görəcəyəm. Qətiyyən arxayınlaşmaq olmaz. Dünya çempionluğumdan 8-9 ay vaxt keçib. Bu titula sahibsənsə, rahat olimpiya çempionu olacaqsan deyə bir anlayış yoxdur.

- Rəqiblərinin əksəriyyəti bəllidir. Onların analizinə başlamısan?
- Hələ ki yox. Analizlər son təlim-məşq toplanışlarında olacaq. Bütün rəqiblər müəyyənləşdikdən sonra buna uyğun hazırlıq prosesi keçəcəyik.

- İlk baxışdan belə görünür ki, əsas rəqiblərin Yosvani Veyta (Kuba), Məhəmməd Flissi (Əlcəzair) və Mişa Aloyan (Rusiya) olacaq...
- Razıyam, onlar çox güclü boksçulardır. Ancaq mən yalnız onları fərqləndirmək istəməzdim. Mən hər rəqibə ciddi yanaşacağam. Boksçuları reytinqə və titula görə fərqləndirmək istəmirəm. Olimpiada yeganə yarışdı ki, sürpriz nəticələrlə zəngin olur.

- AİBA peşəkar boksçuların Olimpiadada iştirakına icazə verib. Bu, sənin üçün problem yarada bilər?
- Məncə heç bir peşəkar boksçu Olimpiya Oyunlarında iştirak etməyəcək. Peşəkar boksla, olimpiya boksu fərqlənir. İndiyə kimi peşəkar boksçu ilə döyüşməmişəm. Bu səbəbdən belə görüş olsa, qalib gəlib-gəlməyəcəyimi proqnozlaşdıra bilmərəm.

- Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) Bakıda keçiriləcək lisenziya turnirində çıxış edəcək. Onlardan hansının şanslarını yüksək dəyərləndirirsən?
- Mən hamısına inanıram. Düzdür, ən yüngül çəkidə yalnız finalçılar Olimpiadaya vəsiqə qazanacaq. Ancaq Rüfət zəif boksçu deyil. Hüseynov gənc olsa da, böyüklər arasında Avropa üçüncüsü olub. Ondan da uğurlu nəticə gözləyirik.

- Dünya çempionu olsan da, Boks Federasiyası hələ qızıl medal üçün nəzərdə tutulan pul mükafatını sənə verməyib. Bu, səni həvəsdən salmır?
- Yox, ruh düşkünlüyündən söhbət gedə bilməz. Pulumuz ordadı, alacağıq da (gülür).

- Ölkədə yaranmış maliyyə problemlərinə görə olimpiya medalçıları üçün nəzərdə tutulmuş mükafat fondu azalsa, bu, motivasiyana necə təsir edəcək?
- Olimpiadada pula görə döyüşmürük ki. Braziliyaya tarix yazmaq üçün gedəcəyik. Əsas məqsədim adımı idman tariximizə yazmaqdır.

- İstənilən əyarda medalı hədəfləmisən, yoxsa yalnız çempionluq haqqında düşünürsən?
- Düzdür, əsas fəxri kürsüyə qalxmaqdır. İstənilən medal mənim üçün uğur sayılacaq. Ancaq mən qızıl medala köklənmişəm. Məncə bütün idmançılar çempionluğu hədəfləyərək hazırlaşır. Heç kim hansısa yarışa bürünc və ya gümüş medalı əldə etmək üçün yollanmır. Qismətimizdə nə varsa, o da olacaq.

- Komanda yoldaşlarından kimi daha çox çempionluğa yaxın görürsən?
- Mən bütün yığma üzvlərinə güvənirəm. Heyətimizdə 3 dünya çempionu var. Nəticəsi olmayan boksçumuz yoxdur. Hər çəkidə güclü boksçularımız var. Bu üzdən hər birimiz medala iddia edə bilərik.

- Olimpiya komandamızın bayraqdarı olmağa özünü namizəd sayırsan?
- Yox. Çox tanınmış idmançılarımız var. Toğrul Əsgərov, Rövşən Bayramov, Hacı Əliyev, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədovun adını çəkə bilərəm. Son olimpiya çempionu kimi Toğrulun bayraqdar olmağı daha çox haqq etdiyini düşünürəm. Ənənəni davam etdirmək lazımdır.

- Bu yaxınlarda Məhəmməd Əli dünyasını dəyişdi. Peşəkar boksda ondan daha yaxşı nəticələrə imza atan, hətta heç bir döyüşdə uduzmayan idmançılar olub. Bəs niyə Əli hamıdan çox sevilib və “1 nömrə” sayılır?
- Açığı, peşəkar boksla bir o qədər maraqlanmıram. Amma boks deyəndə ilk yada düşən Məhəmməd Əli olur. O, çox güclü boksçu olub. Texniki və taktiki döyüş üslubuna görə onun tayı-bərabəri olmayıb.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah