Fotoreportaj|Video|На русском

Rio-2016

Nazim Babayev: Olimpiadada medal qazana bilərəm

4 iyul 2016 00:00

Ölkəmizi Olimpiadada 3 təkanla tullanmada təmsil edəcək Nazim Babayevin azerisport.az saytına müsahibəsi:

- Ərzurumdakı turnirdə birinci yeri tutdun. Bu yarış haqqında nə deyə bilərsən?
- Yarış böyüklər arasında keçirilirdi. 10 ölkənin idmançıları mübarizə aparırdı. Ancaq orda məndən başqa Olimpiadaya lisenziya qazanmış atlet yox idi. 16,79 metrlik nəticəylə birinci oldum. Zədəli olduğumdan cəmi 1 cəhd etdim. Bu nəticə də qalib gəlməyim üçün kifayət etdi.

- Avropa çempionatına hazırlıq necə gedir?
- İyulun 4-də Hollandiyaya yollanacağıq. Amsterdamdakı qitə birinciliyinə həm qapalı manejdə, həm də ADBTİA-nın stadionunda hazırlaşıram.

- Burda daha yaxşı hazırlaşmaq üçün nə çatmır?
- Olimpiya ili olduğundan lisenziya sahibləri üçün normal şərait yaradılıb. Ancaq ölkə xaricində təlim-məşq toplanışlarında olanda daha effektiv alınır. Burda hər gün evdən məşqə yollanırıq. Xaricdə isə gündə 2 dəfə məşq keçirik, rejimə ciddi riayət edirik. Qidalanma düzgün gedir. Sözsüz, xaricdəki şəraiti burdakıyla müqayisə etmək olmaz. Orda yaxşı bazalar var.

- Bəs burda vitaminlə təmin olunursan?
- Bununla bağlı ölkəmizdə hər hansı problem yoxdur. Azərbaycan Atletika Federasiyası vitaminlə təmin olunmağım üçün hər bir şəraiti yaradıb.

- Ölkədə güclü rəqibinin olmaması daha sürətli inkişafına əngəl törədir?
- Əlbəttə. Ancaq bu problemi yalnız mən yaşamıram. Ümumiyyətlə, Azərbaycanda atletikada ciddi inkişaf nəzərə çarpmır. Dünya səviyyəli idmançılar barmaqla sayılacaq qədərdir. Sözsüz, güclü rəqibim olsaydı, daha yaxşı olardı. Rəqabət inkişafa gətirib çıxarır. Hazırda ölkədaxili yarışlar mənim üçün məşqə bənzəyir. Çox asan keçir.

- Olimpiya stadionu istifadəyə verildikdən sonra atletlərin orda hazırlıq keçəcəyini gözləyirdik. Ancaq deyəsən orda məşq keçmirsiniz?
- Həmin arenanın örtüyü yarış üçün nəzərdə tutulub. Orda çox məşq etmək mümkün deyil. Adamın ayaqları, diz bağları ağrayır. Gənclikdəki bazamızda şərait daha yaxşıdı. Burda həm fiziki məşqlər üçün şərait var, həm də örtük məşqlər üçün münasibdir.

- Lisenziyanı 3 təkanla tullanmada qazanmısan. Uzunluğa tullanmada Olimpiadaya vəsiqə qazanmağa nə mane oldu?
- Əvvəldən 3 təkanla tullanmada yaxşı çıxış edirəm. Uzunluğa tullanmada nəticələrim yaxşı deyil. Amma ölkə daxilində uzunluğa tullanmadada liderəm. Beynəlxalq turnirlərdə yalnız komanda yarışları keçiriləndə uzunluğa tullanmada iştirak edirəm. Əks halda, beynəlxalq arenada sırf 3 təkanla tullanmada mübarizə aparıram.

- Atletikada 3 lisenziya qazanmışıq. Anna Skidan çəkicatmada, Hayle İbrahimov isə qaçışda medal qazanmağa çalışacaq. Komanda yoldaşlarının legioner olması səndə təəssüf hiss doğurmur?
- Yox, buna görə pis olmuram. Bütün idmançılarla münasibətlərim yaxşıdı. Amma istərdim ki, komandada yerli atletlərin sayı çox olsun və xaricdən hansısa idmançını milliləşdirməyə ehtiyac yaranmasın.

- Əslində yaxşı yerli atletlərimiz var. Onlardan biri də hazırda Türkiyəni təmsil edən Ramil Quliyevdi. Bəs indi niyə bu sprinterin davamçısı yetişmir?
- İlk növbədə yüksək nəticə göstərmək üçün anadangəlmə istedadın olmalıdır. İdmançını yaxşı atlet edən 50 faiz istedad, 50 faiz isə məşqdir. Ramildən sonra tələblərə cavab verən sprinter yetişməyib. Ancaq məndən 4-5 yaş kiçik yeniyetmələrdə öz yaş qruplarında yüksək nəticələrə imza atan yeniyetmələrimiz var. İnanıram ki, federasiya onlara qayğı göstərsə, bir neçə ildən sonra böyüklərin yarışında yaxşı çıxış edə bilərlər.

- Hazırda bir çox federasiyalarda maaş və mükafatların ödənilməsiylə bağlı problemlər yaranıb. Sən belə problemlərlə üzləşmirsən?
- Yox. Həm federasiyadan, həm də “Neftçi”dən maaş alıram. Ancaq orta səviyyəli atletlərimizin maaşı azdı.

- Xarici klublardan təklif almısan?
- “Fənərbaxça”dan təklif gəlib. Həmçinin Amerikanın Florida, Miçiqan ştatlarının universitetlərindən də dəvət almışam. Bu ölkədə universitetlər bir növ klub kimi fəaliyyət göstərir. Hər şey nəticəyə bağlıdır. Özümü qarşıdakı məsul yarışlarda yaxşı göstərsəm, transferim baş tuta bilər. Ancaq “Fənərbaxça”ya keçsəm, Türkiyədə hazırlıq keçməyəcəyəm. Məşqlərimi yenə ölkəmizdə davam etdirəcəyəm. Sadəcə, il ərzində 3 yarışda bu klubun adından çıxış edəcəyəm. Bunun üçün Olimpiadaya qədər keçiriləcək böyüklər arasında Avropa çempionatında və gənclər arasında dünya çempionatında uğurlu çıxış etməliyəm. Hazırda gənclər arasında reytinqdə birinciyəm. Özümü mundialda favorit sayıram. Hazırlıq səviyyəm böyüklər arasında Avropa çempionatında medal qazanmağa da imkan verir. AÇ iyulun əvvəllərində Hollandiyada, DÇ isə ayın ortalarında Polşada keçiriləcək.

- Bu yarışlardan sonra Olimpiadada hazırlığı Bakıda davam etdirəcəksən?
- Açığı, çox istərdim ki, ölkə xaricində sərin havası olan məkanda toplanış keçim. Çünki açıq havada məşq etdiyimizdən yüksək temperatur hazırlığımıza mənfi təsir göstərir. Federasiya ilə bununla bağlı danışıqlar aparacağıq. Yəqin ki, arzumuza çatarıq.

- Şəxsi 17,04 metrdi. Bu rekordunu təkrarlaya bilsən Olimpiadada ilk beşlikdə yer ala bilərsən. Rio-2016-da hədəfin nə olacaq?
- Bu il yaxşı hazırlıq keçmişəm. Bu səbəbdən yaxşı formadayam. Rekordumu yeniləyə bilərəm. Ən azı finala yüksələcəyimə inanıram. Hətta Olimpiadada medal da qazana bilərəm. Özümü buna hazırlamışam.

- Əsas rəqiblərin kimlər olacaq?
- Kuba idmançısı hələ ki yarışlarda çıxış etmir. Bilinmir, Olimpiadada iştirak edəcək, ya yox. Amerika atleti bu il yüksək nəticə göstərib. 17,73 metr məsafəyə tullanıb. Çin idmançısının nəticəsi də göz oxşayır.

- Çox gənc yaşda Olimpiadada debüt edəcəksən. Qorxmursan ki, həyəcanının qurbanı olarsan?
- Uşaq yaşlarımdan çıxış etdiyimdən turnirlərdə artıq bir o qədər həyəcanlanmıram. Ancaq Olimpiadanın yeri başqadır. İstər-istəməz həyəcan sözünü deyir. Çünki hər bir idmançının arzusu Olimpiya Oyunlarında iştirak etməkdir. Çalışacam ki, həyəcan hissini təsnifatda yaşayıb, finalda belə problemlə üzləşməyim. Məncə bu məqam mənə mane olmayacaq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah