Fotoreportaj|Video|На русском

Rio-2016

Azad Rəhimov: İdmançılarımızı virusdan qorumaq məqsədilə 100-dən çox çanta sifariş olunub

19 iyul 2016 00:45

“London Olimpiya Oyunlarında Azərbaycan 53 lisenziya qazanaraq 16 idman növündə təmsil olunurdusa, Rio Yay Olimpiya Oyunlarında Olimpiya yığma komandamız daha geniş tərkibdə - 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq”.

Azerisport.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki deyib.

A.Rəhimov bildirib ki, sevindirici haldır ki, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü artıq olacaq:

“Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Rio Olimpiadasında ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb”.

Nazirin sözlərinə görə, Rio-de-Janeyroda Azərbaycanı güləş, gimnastika və boks olmaqla 3 hakim təmsil edəcək: “Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər. Artıq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır. Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması, təlim-məşq toplantıları, tibbi-bioloji xidmətin göstərilməsi, idmançıların lisenziya xarakterli beynəlxalq yarışlarda iştirakının təmin edilməsi və s. üçün dövlət büdcəsindən 8 milyon manatdan artıq vəsait ayrılıb. Müqayisə üçün deyim ki, 2012-ci il London Olimpiadasına büdcədən bu məqsədlər üçün 6 milyon manata yaxın vəsait xərclənib”.

A.Rəhimov bildirib ki, bundan başqa, Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin ardıcıl, planlı və mütəşəkkil aparılması üçün lazımi kömək göstərilib: “Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunub. İdman nümayəndə heyətinin Rio-de-Janeyro şəhərinə birbaşa və rahat şəkildə avqustun 1-də aparılması və avqustun 22-də Vətənə qayıtması üçün xüsusi çarter reysləri ayrılıb”.

Nazir əlavə edib ki, son zamanlar dünya ictimaiyyətini narahat edən “zika” virusundan idmançılarımızı qorumaq məqsədilə İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutuna içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 100-dən çox çanta sifariş olunub. Onlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanacaq”.

A.Rəhimov həmçinin bildirib ki, Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi avqustun 3-də keçiriləcəkdir. Trend

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah