Olimpiadada Azərbaycanın ilk təmsilçisi 37-ci oldu
5 avqust 2016 22:05

Bu gün Rio-2016 start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının da bir üzvü mübarizəyə qoşulub.
Olimpiya yığmamızın ilk sınaqçısı isə kamandan oxatan Olqa Senyuk olacaq. 64 idmançı arasında mübarizə aparan təmsilçimiz axşam saatlarında dəqiqliyini yoxlayıb. O, bu yarışda 623 xal toplayaraq, 37-ci yerlə kifayətlənməli olub.