Daha 8 idmançımız Rioda ilk sınağına çıxır
6 avqust 2016 00:35
Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün daha 8 Azərbaycan idmançısı Olimpiadada mübarizəyə start verəcək.
Bunlar Maksim Averin (veloidman), Orxan Səfərov (cüdo, 60 kq), Oleq Stepko və Petr Paxnyuk (idman gimnastikası), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə), Ruslan Lunev (güllə atıcılığı) və Rüfət Hüseynov (boks, 49 kq).