Azərbaycan Olimpiadanın açılış mərasimində
6 avqust 2016 10:30

Bu gecə Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub.
Azerisport.az xəbər verir ki, idmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparıb.
Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.
Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderley Kordeyro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb.
XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.