Ruslan Lunyov 15-ci oldu
6 avqust 2016 21:30

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün güllə atıcımız Ruslan Lunyov da mübarizəyə qoşulub.
O, 10 metr məsafədən pnevmatik tapança ilə atışlarda 577 xal toplayıb və dünyanın 48 ən yaxşı idmançısı arasında 15-ci yeri tutub.
Qeyd edək ki, finala ən yaxşı göstəriciyə imza atmış 8 idmançı yüksəldiyindən, Ruslan həlledici mərhələyə vəsiqə qazana bilməyib.