Rüfət Hüseynov Olimpiada ilə erkən vidalaşdı
7 avqust 2016 00:30

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks üzrə yarışların ilk günündə Azərbaycan idmançılarından da biri rinqə çıxıb.
Yığmamızın 49 kq çəki dərəcəsində yarışan üzvü Rüfət Hüseynov Olimpiya Oyunlarında debüt edib. Amma təəssüf ki, o, Namibiyadan olan Matias Xamunel ilə döyüşdə xal hesabı ilə uduzaraq, mübarizəni startdaca dayandırmalı olub.