Gimnastlarımız çoxnövçülük üzrə təsnifat yarışlarında çıxış etdilər
7 avqust 2016 01:00
Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının günorta proqramına yekun vurulub. Azerisport.az xəbər verir ki, kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil edirlər.
O.Stepko 6 hərəkətin cəmində 86.208 xal, P.Paxnyuk isə 84.215 xal toplayıblar.
Finala vəsiqə qazanacaq gimnastların adı axşam proqramı üzrə təsnifat yarışları başa çatdıqdan sonra müəyyənləşəcək.