Stepko finala vəsiqə qazandı
7 avqust 2016 11:45
Rioda Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, idman gimnastikasında kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında Azərbaycanı təmsil edən Oleq Stepko 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finalda iştirak etmək hüququ qazanıb.
Final avqustun 10-da baş tutacaq.