Nicat Şıxəlizadə mübarizəni dayandırdı
7 avqust 2016 18:45

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, cüdo üzrə milli komandamızın üzvü Nicat Şıxəlizadə də bu gün mübarizəyə qoşulub. 66 kq çəkidə mübarizə aparan cüdoçumuz ilk görüşündə qələbə qazanıb. Həmyerlimiz 1/16 final mərhələsində ispaniyalı Suqoi Uriarteni 1 yuko xalı ilə məğlub edib.
Amma təəssüf ki, ikinci cəhdində italiyalı Fabio Basile ilə duel onun üçün uğursuz alınıb. Məğlub olan cüdoçumuz mübarizəni dayandırıb.
Qeyd edək ki, bu Nicatın karyerasında ilk Olimpiya oyunları idi.
Dünən yığmamızın digər üzvü Orxan Səfərov yarımfinala kimi irəliləsə də, medal qazanmaq şansını əldən verib.