Rioda İslam Həmrəylik Oyunlarının təqdimat mərasimi keçirildi
7 avqust 2016 19:15

Bu gün Bakı 2017 İslam Həmrəylik Oyunlarının Rioda təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, nümayəndələrə İslam Həmrəylik Oyunları haqqında məlumat verilib və video təqdimat keçirilib.
Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Xəzər İsayev, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Polkovnik Hamad Kalkaba Malbou iştirak ediblər.