Yelena Pavluxina 35-ci oldu
8 avqust 2016 00:30

Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən velosipedçimiz Yelena Pavluxina yarışa qoşulub.
Azerisport.az xəbər verir ki, təmsilçimiz yarışda velosipedin şose növündə qüvvəsini sınayıb.
“Fort Copacabana” qəsəbəsində keçirilən 136,9 kilometr məsafəyə yarışda 68 velosipedçi medallar uğrunda mübarizə aparıb.
Azərbaycan təmsilçisi finişə 35-ci çatıb.