Teymur Məmmədov qələbə ilə başladı
8 avqust 2016 02:30

Rio-2016 Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, Olimpiadada boks üzrə növbəti qarşılaşmalar keçirilib.
Millimizin bayraqdarı - Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində ilk görüşünə çıxıb. Onun ilk rəqibi ukraynalı Denis Solonenko olub. Mübarizəyə fəal başlayan Teymur Məmmədov ukraynalı rəqibi Denis Solonenkonu məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.