Mikina Olimpiadanın startında uduzdu
8 avqust 2016 17:50

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, Olimpiadanın üçüncü günündə Azərbaycan idmançılarından qılıncoynadan Səbinə Mikina da mübarizəyə qoşulub.
Qılıncoynatmanın sablya növündə qüvvəsini sınayan və turnirə 1/16 final mərhələsindən başlayan Səbinə tunisli idmançı Besbes Azza ilə üz-üzə gəlib. Ölkəmizin bu idman növündə yeganə təmsilçisi S.Mikina rəqibinə məğlub olaraq Rio-2016-da mübarizəni dayandırıb - 12:15.
Qeyd edək ki, bu, Mikinanın ikinci Olimpiadası idi və o, hər ikisində startdaca uğursuzluqla üzləşib.