Bokçumuz Rio-2016-ya qələbə ilə başladı
8 avqust 2016 21:25

Rio-de-Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycanın Olimpiadadakı daha bir təmsilçisi ilk sınağına çıxıb. Boksçu Əbdülqədir Abdullayev artıq ilk döyüşünü başa vurub. 91 kq çəki dərəcəsində yarışan idmançımız fransalı rəqibi Pol Omba Bionqolo üzərində qələbə qazanıb və adını 1/4 finala yazdırıb.