Kamran Şahsuvarlı Rio-2016-ya qələbə ilə başladı
9 avqust 2016 20:00

Azərbaycan boksçusu Kamran Şahsuvarlı Rioda təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qarşılaşmasını qələbə ilə başa vurub.
Azerisport.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı 1/8 finala vəsiqə qazanıb.