Senyuk mübarizəni dayandırdı
10 avqust 2016 00:25

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, kamandan oxatma yarışlarında Azərbaycanı təmsil edən Olqa Senyuk bu gün növbəti sınağına çıxıb.
Çindən olan Hui Çao ilə qarşılaşan təmsilçimiz bu dueldən 1:7 hesablı məğlubiyyətlə ayrılıb və mübarizəni dayandırıb.
Qeyd edək ki, Senyuk təsnifat yarışlarında 37-ci olmuşdu.