Albert Səlimov 1/4 finalda!
10 avqust 2016 01:05

Rioda Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, növbəti yarış günündə Azərbaycanın boks yığmasının daha bir üzvü rinqə çıxıb.
60 kq çəki dərəcəsində yarışan Albert Səlimov İrlandiya təmsilçisi Oliver Coysla qarşılaşıb. Boksçumuz bu döyüşdə hər üç raundu qələbə ilə başa vurub və adını 1/4 finala yazdırıb.