Məcidov da qələbə ilə başladı
10 avqust 2016 10:00

Rioda Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, növbəti yarış günündə Azərbaycanın boks yığmasının daha bir üzvü rinqə çıxıb.
+91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov Mərakeş təmsilçisi Mohammed Arjaui ilə qarşılaşıb. Boksçumuz bu döyüşdə hər üç raundu qələbə ilə başa vurub və adını 1/8 finala yazdırıb.