Alkərəmova 41-ci, Kirillov sonuncu oldu
10 avqust 2016 20:50

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan üzgücülük yığmasının üzvləri də mübarizəyə qoşulublar.
100 metr məsafəyə sərbəst üzmədə çıxış edən Fatimə Alkərəmova təsnifat mərhələsində yarışıb. 59,43 saniyə nəticə göstərən idmançımız 46 iştirakçı arasında 41-ci olub.
Daha bir üzgüçümüz Boris Kirillov 200 metr məsafəyə arxası üstə üzmədə yarışıb. O, məsafəni 2:05.01 vaxta başa vurub. Amma bu, 26 iştirakçı arasında 26-cı göstərici olub.
Nəticədə, təmsilçilərimizin heç biri yarımfinala çıxa bilməyib.