Abdullayev yarımfinala çıxa bilmədi
10 avqust 2016 21:05

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün boks üzrə yığma komandamızın üzvü Abdulqadir Abdullayev olimpiadada növbəti döyüşünə çıxıb.
Təəssüf ki, 1/4 finalda Özbəkistan idmançısı Rüstəm Tulaqanova uduzan Abdullayev mübarizəni dayandırıb.