Azərbaycanlı atlet Rioda olimpiya çempionu oldu
11 avqust 2016 10:00

Azərbaycanlı idmançı Nicat Rəhimov Rioda təşkil olunan Yay Olimpiya Oyunlarında çempion olub.
Azerisport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan atlet Qazaxıstanı təmsil edir. O, iki cəhddə 379 kq (165 + 214) qaldırıb. Rəhimov həm də 214 kq ağırlığı başı üzərinə qaldırmaqla dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, 2013-cü ilə qədər Rəhimov Azərbaycan yığmasıda çıxış edib. Amma 2014-cü ildə o, Qazaxıstan yığmasında çıxış etməyə qərar verdi. Ötən il Nicat dünya çempionu olmuşdu.