Cavid Çələbiyev startdaca uduzdu
12 avqust 2016 00:50

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Cavid Çələbiyev Olimpiadada ilk döyüşünə çıxıb. Onun startdakı rəqibi Qazaxıstandan Kayrat Yeraliyev olub. 56 kq çəki dərəcəsində baş tutan döyüş təəssüf ki, idmançımızın məğlubiyyəti ilə bitib.