Sotomayor ilk döyüşünü qalib başa vurdu
12 avqust 2016 01:05

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Lorenso Sotomayor da Olimpiadada ilk döyüşünə çıxıb.
Onun startdakı rəqibi Ukraynadan Vladimir Matviyçuk olub. 64 kq çəki dərəcəsində baş tutan döyüş idmançımızın qələbəsi ilə bitib. Nəticədə, Sotomayor adını 1/8 finala yazdırıb.