Pərviz Bağırov da startda məğlub oldu
12 avqust 2016 02:00

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Pərviz Bağırov da Olimpiadada ilk döyüşünə çıxıb.
Onun startdakı rəqibi Fransadan Diop Sissoko olub. 69 kq çəki dərəcəsində baş tutan döyüş təəssüf ki, idmançımızın məğlubiyyəti ilə bitib.