Teymur Məmmədov Rioda ikinci qələbəsini qazandı
12 avqust 2016 02:48

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Teymur Məmmədov bu gün Olimpiadada ikinci döyüşünə çıxıb.
Onun bu dəfəki rəqibi Hollandiyadan Peter Müllenberq olub. 81 kq çəki dərəcəsində baş tutan döyüş idmançımızın inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Bu qələbə Teymuru Olimpiadanın 1/4 finalına çıxarıb.