Uşanqi Kokauri Olimpiadada mübarizəni dayandırdı
12 avqust 2016 18:10

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan cüdo yığmasının daha bir üzvü mübarizəyə qoşulub.
+100 kq çəki dərəcəsində yarışan Uşanqi Kokauri karyerasında ilk dəfə Olimpiadada yarışıb.
Onun ilk döyüşü uğurlu alınıb. İdmançımız latviyalı Artur Nikiforenkoya qalib gəlib. Amma təəssüf ki, Azərbaycan təmsilçisi yaponiyalı Xisaeşi Xarasavaya uduzaraq mübarizəni dayandırıb.