Lunyov 14-cü oldu
12 avqust 2016 21:30

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün güllə atıcımız Ruslan Lunyov 25 metr məsafəyə yarışlarda qüvvəsini sınayıb.
10 metr məsafəyə atəşaçmada 15-ci olan idmançımızın bu dəfə nəyə nail olacağı maraqla gözlənilir.
O, bu gün baş tutan təsnifat mərhələsinin birinci hissəsində 14-cü yeri tutub. Təsnifat mərhələsinin ikinci hissəsi sabah keçiriləcək.