Albert Səlimov medalın bir addımlığında uduzdu
13 avqust 2016 01:45

Rioda Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yığmamızın üzvü Albert Səlimov bu gün 1/4 final görüşünə çıxıb.
60 kq çəki dərəcəsində yarışan boksçumuzun rəqibi fransalı Sofyan Umixa olub. Səlimov bu görüşdə qələbə qazansaydı, ən azından bürünc medalı təmin edə bilərdi. Amma təəssüf ki, o, bu vəzifənin öhdəsindən gələ bilməyib və fransalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, bu, Səlimovun ikinci Olimpiada sınağı idi.