İsmayılova Rioda hər iki şansı boşa verdi
13 avqust 2016 19:05

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Olimpiadada daha bir idmançımız mübarizəyə qoşulub.
Qadın velosipedçimiz Olqa İsmayılova keyrin növü üzrə ilkin mərhələdə çıxış edib.
Ümumilikdə 27 velosipedçinin mübarizə apardığı birinci mərhələdə 4-cü qrupda yarışan İsmayılova 7 atlet arasında 4-cü olub.
Qeyd edək ki, finala birbaşa qrupda ilk iki yeri tutan idmançılar vəsiqə qazanıb.
Qalan 19 idmançı finala mərhələ adlamaq üçün ikinci mərhələdə də mübarizə aparıblar. Olqa öz qrupunda birinci olsa da, ümumi sıralamada dördüncü yeri tutub və çıxışını başa vurub.