Zədə Məcidovun 1/4 finala çıxmasına imkan vermədi
14 avqust 2016 10:00

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün boks üzrə yığmamızın üvü Məhəmmədrəsul Məcidov növbəti döyüşünü keçirib.
+91 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Qazaxıstandan olan İvan Dıçko ilə üz-üzə gəlib. Görüşün ikinci raundunda zədə alan Məcidovun mübarizəni davam etdirməsinə həkimlər icazə verməyiblər. Nəticədə, 1/4 finala Dıçko yüksəlib.
Qeyd edək ki, bu, Məcidovun ikinci Olimpiadası idi. O, London 2012-də üçüncü olmuşdu.