İsmayılova da uğur qazana bilmədi
15 avqust 2016 02:00

Trek velosipedçimiz Olqa İsmayılova Rio-2016 Yay Olimpiya Oyunlarının sprint növündə çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsində 11.152 saniyə göstərici ilə 27 nəfər arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.
Yarışın bu mərhələsində velosipedçimiz, təsnifatda Olimpiya rekordunu yeniləməklə 1-ci olan Böyük Britaniya təmsilçisi Rebekka Ceymslə mübarizə aparıb və rəqibinə məğlub olub.
Bundan sonra təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayan Olqa İsmayılova təəssüf ki, bu imkandan da yararlana bilməyib. Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçmək lazım olduğu halda, təmsilçimiz yalnız 2-ci olub və çıxışını başa vurub.