Sotomayor 1/4 finalda!
15 avqust 2016 02:40

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Lorenso Sotomayor bu gün Olimpiadada ikinci döyüşünə çıxıb.
Onun bu dəfəki rəqibi fransalı Hassan Amzila olub. 64 kq çəki dərəcəsində baş tutan döyüş idmançımızın qələbəsi ilə bitib - 2:1.
Nəticədə, Sotomayor adını 1/4 finala yazdırıb.