Teymur Məmmədov da Rionu uğursuz tərk edir
15 avqust 2016 03:30

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Teymur Məmmədov bu gün Olimpiadada üçüncü döyüşünə çıxıb.
Onun bu dəfəki rəqibi Qazaxıstandan Adilbek Niyazimbetov olub. 81 kq çəki dərəcəsində baş tutan döyüş idmançımızın məğlubiyyəti ilə başa çatıb.
Nəticədə, Azərbaycanın Olimpiadadakı bayraqdarı da Rionu uğursuz tərk etmək məcburiyyətində qalıb.