Sotomayor azərbaycanca danışıb, medal sözü verdi
15 avqust 2016 10:45

Olimpiya rinqində 64 kq-dək çəki dərəcəsində ikinci görüşünü keçirən boksçu Lorenso Sotomayor Kollaso fransalı Həsən Amzili məğlub edərək, daha bir qələbə ilə medalın bir addımlığına yaxınlaşdı. Azerisport.az xəbər verir ki, görüşdən sonra təbrikləri qəbul edən Sotomayor gələcəyə nikbinliklə baxır:
"Çempion olmaq üçün bütün qüvvəmi əsirgəməyəcəyəm. Buradan Azərbaycana medalla dönmək istəyirəm. İnşallah, istəyimə nail olacağam. Özümü gündən-günə daha da yaxşı və güclü hiss edirəm. Hazırlığım da əladır".
Qeyd edək ki, o, bu açıqlamasını Azərbaycan dilində etməklə də diqqət mərkəzinə düşüb.