Nazim Babayev 25-ci oldu
15 avqust 2016 18:15

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün yüngül atletika yığmamızın daha bir üzvü mübarizəyə qoşulub. Olimpiadada debüt edən Nazim Babayev üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayıb.
O, 48 idmançı arasında 25-ci yeri tutub. İlk cəhdini boşa verən Nazim ikinci cəhdində 16,38 m nəticə göstərib. Üçüncü cəhdində isə idmançımız 15,60 m nəticəyə imza atıb.
Qeyd edək ki, finala vəsiqə qazanmaq üçün normativ 16,95 m idi. Babayev bu normativi doldura bilmədiyi üçün mübarizəni dayandırmalı olub.