İnna Osipenko-Radomskaya finalda!

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.
İdmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.
Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci, ümumilikdə dördüncü yeri tutaraq yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda idmançımız argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışıb.
O, yarımfinalda daha uğurlu çıxış edib. Məsafəni 39.803 saniyəyə qət edən idmançımız öz qrupunda yenidən birinci, yekunda isə ikinci olaraq finala adlayıb.
Qeyd edək ki, 8 ən güclü kayakçının iştirakı ilə baş tutacaq həlledici yürüş avqustun 16-da saat 16:47-də start götürəcək.