Elvin Məmişzadə 1/4 finala yüksəldi
15 avqust 2016 18:50

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün boks yığmamızın daha bir üzvü Olimpiadada ilk görüşünə çıxıb. Söhbət Elvin Məmişzadədən gedir.
52 kq çəki dərəcəsində yarışan boksçumuz mübarizəyə 1/8 finaldan start verib. Onun rəqibi Oljas Sattıbayev (Qazaxıstan) olub. Qalib gələn Elvin 1/4 finala yüksəlib.