Kamran Şahsuvarlı ən azı bürünc medalı təmin etdi
15 avqust 2016 20:30

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün boks yığmamızın daha bir üzvü Olimpiadada növbəti görüşünə çıxıb. Söhbət Kamran Şahsuvarlıdan gedir.
75 kq çəki dərəcəsində yarışan boksçumuz 1/4 finalda Janıbek Alimxanuli (Qazaxıstan) qarşılaşıb. 2:1 hesabıyla qalib gələn Şahsuvarlı adını yarımfinala yazdırıb. Bu, ona həm də ən azı bürünc medalı təmin etməyə şərait yaradıb.
Kamran avqustun 18-də baş tutacaq yarımfinal görüşündə kubalı Arlen Lopeslə qarşılaşacaq.