Azərbaycan kayakçısı Olimpiadada bürünc medal qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya bu gün final yürüşünə qatılıb.
Azerisport.az xəbər verir ki, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə onun rəqibləri yarımfinalda üstələdiyi fransalı Sara Quyo (40,516), sloveniyalı Spela Ponomarenko Yaniç (40,797), eləcə də digər yarımfinal yürüşlərində yüksək nəticələr göstərmiş yeni zelandiyalı Liza Karrinqton (39,561), ispaniyalı Tereza Portela Rivas (40,241), qazaxıstanlı İnna Klinova (40,381), polşalı Marta Valçikeviç (40,619), isveçli Linnya Stensils (41,245) olub.
Həlledici yürüşdə məsafəni 40,401 saniyəyə qət edən idmançımız üçüncü olub. Yeni zelandiyalı Liza Karrinqton çempion olubsa, polşalı Marta Valçikeviç ikinci yeri tutub.