Harçeqani: Qızıl medal qismət deyilmiş

Azərbaycan taekvondo yığmasının üzvü Milad Beigi Harçeqani avqustun 19-da Rio de Janeyroda Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışda Polşa idmançısı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək komandamıza növbəti olimpiya medal qazandırdı. Azerisport.az xəbər verir ki, görüşdən sonra o, fikirlərini bölüşüb:
- Medal qazandığım üçün şadam. İstərdim qızıl medal qazanım. Fiziki cəhətdən hazır idim. Yəqin, təcrübəm az oldu, səhvə yol verdim. Tam isinməmiş döyüşə başladım. Bəlkə də, qızıl medal mənim qismətim deyilmiş.
- 1/4 finalda qalib gəldiyin həmyerlin - İranlı döyüşçü ilə əvvəllər qarşılaşmışdınmı?
- Bəli, iki dəfə qarşılaşmışdım. Birində mən udmuşdum, digərində isə o. Bu üçüncü döyüşümüz idi.
- Yəqin ki, bundan sonra da ölkəmizin şərəfini qorumağa davam etdirəcəksən.
- Əlbəttə, Azərbaycan məni qəbul etsə niyə də olmasın. Mən artıq Azərbaycan idmançısıyam və məmnuniyyətlə karyeramı Azərbaycan bayrağı altında davam etdirəcəyəm. ("İdman")