Baku Synergy-nin velosipedçisi Tour of Hainan-da 2-ci oldu
28 oktyabr 2013 18:07
Çində çoxgünlük “Tour of Hainan” velosiped yarışı başa çatıb. Azerisport.az xəbər verir ki, sonuncu, 9-cu mərhələdə “Baku Synergy” komandasının yeni zelandiyalı üzvü Riko Rocers uğurlu nəticə göstərib.
O, finişə 2-ci çatıb. Bizim idmançı sözügedən raundun qalibi niderlandlı Teo Ayaqyalınla eyni vaxtda gəlib: 3 saat 37 dəqiqə 1 saniyə.
Baş təsnifatda “Baku Synergy” klubundan ən yaxşı nəticə Konnor Makkonveydə olub. İrlandiyalı velosipedçi 37-ci yer tutub.