Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş keçiriləcək
2 noyabr 2013 00:16
Noyabrın 3-də Azərbaycan Velosiped İdmanı Federasiyası Şıx çimərliyi ilə üzbəüz ərazidəki Veloprkda veloyürüş təşkil edəcək. Azerisport.az xəbər verir ki, 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan yarışın keçirilməsində məqsəd gənclər arasında velosiped idmanınınn təbliğidi.
Yarış iştirakçıları Velopark - Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət edəcəklər. Yürüşdə iştirak etmək istəyən peşəkarlar və həvəskarlar öz velosipedləri ilə saat 10.00-da Veloparkda olmalıdılar.