"Bayrağımız qürur mənbəyimizdir!" şüarı altında veloyürüş (FOTO)
5 noyabr 2013 16:11
Noyabrın 3-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüş təşkil edilmişdir. Azerisport.az Velosiped idmanı federasiyasının rəsmi saytına istinadən xəbər veri ki, 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş gənclər arasında velosiped idmanını təbliğ etmək məqsədilə keçirilmişdir.
“Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə keçirilən yürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilərə Azərbaycan bayrağı, papaq və gödəkçələr paylanmışdır.
Yürüş Şıx çimərliyi ilə üzbəüz Veloparkdan başlamış, Dövlət Bayrağı Meydanında başa çatmışdır. Yürüş iştirakçılarını təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları müşayiət etmişlər.
(Velosiped idmanı federasiyasının rəsmi saytı)
.jpg)