Velosipedçilər hərəkatının inkişafına həsr olunmuş dəyirmi masa keçirildi (FOTO)
8 noyabr 2013 19:04

Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda velosipedçilər hərəkatının inkişafına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Azerisport.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması, enerji qənaəti, sağlam həyat tərzinin təbliği, ictimai məkanda ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasından ibarət olub. Dəyirmi masada Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Nəqliyyat, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitcktura Komitəsinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Dövlət Yol Polisinin nümayəndələri, ekspertlər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdmanNazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıxov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işləri müzakirə etməkdir.O, Elmi Araşdırmalar Mərkəzi tərəfindən bu məqsədlə Azərbaycanda velosiped idmanının inkişafı konsepsiyasının hazırlandığını bildirmişdir. Konsepsiyada dünya ölkələrindəki mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə velosiped hərəkatının inkişafı üçün görülən işlərin təhlili aparılmış, ümumiləşdirilmiş və ölkəmizin coğrafi xüsusiyyətlərinə uyğunlaşdırılmış yeni yanaşma təklif edilmişdir. Q.Sadıxov sənədin müvafiq dövlət qurumlarının, eləcə də velosiped idmanının inkiçafı məsələləri ilə birbaşa məşğul olan Azərbaycan Velosiped İdmanı Federasiyasının müzakirəsinə verildiyini bildirmişdir.
Çıxışına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə ay əvvəl İsmayıllı rayonuna səfəri zamanı velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmadığı, lakin həm gözəl idman növü, həm də nəqliyyat vasitəsi olması barədəki fikirlərini xatırlatmaqla başlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovbu idmanın son dövrlərdə ölkəmizdə yüksəliş dövrünü yaşadığını bildirmişdir. O qeyd etmişdir ki, cənab Fazil Məmmədov Velosiped İdmanı Federasiyasının Prezidenti seçildikdən sonra ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması,habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 2012-ci ildə 23 yaşınadək gənclər arasında, bu ilin may ayında isə peşəkar velosipedçilər arasında ilk dəfə “Tour d`Azerbaidjan” beynəlxalq veloturlarının, habelə bölgələrimizdə müxtəlif respublika əhəmiyyətli yarışların keçirilməsi, eləcə də Federasiyanın bu idman növünün ictimai əhəmiyyəti və inkişaf perspektivləri ilə bağlı apardığı sistemli təbliğat velosiped idmanına ictimai marağın artmasına ciddi təkan vermişdir. Respublika Olimpiya Ehtiyaları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində, Sumqayıt Velosiped İdmanı Klubunda və 8 saylı İdman Olimpiya Məktəbində, eləcə də digər yerlərdə velosiped idmanı ilə məşğul olan spesifik məktəb və klubların fəaliyyəti dəstəklənir, belə idman məktəblərinin regionlarda da açılması istiqamətində tədbirlər görülməkdədir. İdman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət gənc və yeniyetmələrin velosiped idmanına marağını artırır. Velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan və ilk uğurlarını qazanan idmançılarımızın sayı da getdikcə artır. Cari ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlamış “Synerji Baku” komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutaraq podiuma qalxmışlar.
S.Ələkbərov müzakirə olunan konsepsiyanın bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiq olduğunu qeyd etmiş, velosipedin bir idman və nəqliyyat növü kimi inkişaf etdirilməsinə yeni bir töhfə kimi qiymətləndirmişdir.
Velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına da yardım etdiyi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, baxımsızlıq üzündən yararsız hala düşmüş resublika velotrekinin bərpası ilə bağlı işlər davam etdirilir, dənizkənarı bulvarda 4 km uzunluğunda velosiped yolu salınmış, Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılmışdır. Hazırda şəhərimizin yenidən qurulan hissələrində, habelə digər şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər geniş müzakirə olunur.
MiIIi Məclisin Təbii Elıtiyatlar, Energetika və Ekologiya Komitəsinin qanunvericilik sektorunun müdiri Şamil Hüseynov velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdınlmasına yardım etdiyini, ölkəmizdə velosipeddən istifadənin genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, 1999-cu ildə Azərbaycan parlamenti tərəfındən qəbul olunmuş avtomobil yolları haqqında qanunda çərçivə müddəalar öz əksini tapmışdır. Bu ilin may ayında avtomobil yollan haqqında qanunun maddələrinə bir sıra əlavə və düzəlişlər edilmişdir. Bu qanunların, məcəllələrin işlək mexanizmi olan qaydalar, təlimatlar, müxtəlif əsasnamələr də mövcuddur. Azərbaycanda velosiped idmanı növü ilə bağlı və həm də velosipedin nəqliyyat vasitəsi kimi istifadəsi ilə əlaqədar kifayət qədər hüquqi baza var.
Dövlət Şəhərsalma və Arxitcktura Komitəsinin bcynəlxalq əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocaycv hazırlanmış konsepsiyanın bu gün üçün çox aktual olduğunu vurğulamışdır. Onun sözlərinə görə, velosiped idman növü gənclərin sağlamlığı üçün çox mühüm vasitədir.
Azərbaycan Tibb Universitetinin ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov velosiped idman növünün insan sağlamlığı üçün əhəmiyyətli olduğunu, ürək-damar sistemnin profilaktikasına yaxşı təsir etdiyini, sümük-oynaq xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını bildirmişdir.
Nəqliyyat Nazirliyinin nümayəndəsi Tural Rəsulov qeyd etmişdir ki, Avropa ölkələrində velosiped yollarının salınması məsələsi nəqliyyat siyasətində mühüm yer tutur. İlk dəfə velosipcd yollan ABŞ, Hollandiya və Almaniya salınmağa başlanıb. Hazırda isə əksər Avropa ölkələrində velosipcddən əsas nəqliyyat vasitəsi kimi istifadə olunur. Bu həm şəhərdə tıxaclann qarşısını alır, həm də yanacağa qənaət etməyə imkan verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov da öz cıxışında velosipedin ekoloji faydalarından danışmışdır. Onun sözlərinə görə, Azərbaycanda şəhər nəqliyyatı dedikdə, ilk növbədə daha çox tixaclar yada düşür. Həm ckoloji, həm də sağlamlıq baxımından velosipedlərdən istifadə olunması təqdirəlayiqdir. Bu həm insanların sağlamlığına, həm də şəhərin ekoloji cəhətdən təmiz olmasına xidmət edir. Ş.Bəkirov Azərbaycanda şəhər velosiped marşrutlarının yaradılması layihələrinin işələnib hazırlanmasının velosipedçilər hərəkatının inkişafının prioritet istiqamətlərindən olduğunu qeyd etmişdir.
Milli Olimpiya Komitəsinin apancı məsləhətcisi, 'Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev velosipedcilər hərəkatının, ümumulikdə vclosiped idmanınm inkişafı ücün bu sahənin yüksək səviyyədə və peşəkarlıqla təbliğinə böyük chtiyac olduğunu bildirmişdir. O qcyd ctmişdir ki, velosipeddən istifadə həm fıziki sağlamlıq, həm də ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.Xüsusi vclosiped yollarının salınması ilə yanaşı, insanların bu nəqliyyat növündən daha cox istifadə ctməsi ücün planlı şəkildə səmərəli təbliğat isinin aparıiması unudulmamalıdır. M.Fərzəliyev bölgələrdə fəaliyyət göstərən Olimpiya idman komplckslərində vclosipcd idmanı bölmələri yaratmaqla bu sahədə inkişafın kcyfıyyətcə ycni mərhələyə qaldırılmasını təklif etmişdir.
Azərbaycan Turizm İnsitutunun nümayəndəsi Rəhim Rəsulov velosiped idmanın turizm sektoruna da müsbət təsirindən danışmışdır. O, artıq iki dəfə ümummilli lidcr Hcydər Əliycviıı xatirəsinə lıəsr əlunmuş vcloyürüşün təşkil olunduğunu, həmin yürüş zamanı dünyanın müxtəlif ölkələrindən olan velosipcdçilərin ölkəmizin səfalı guşələrində təşkil olunmuş marşrutlarüzrə hərəkət ctdiklərini qeyd etmişdir. R.Rəsulov da velosipeddən istifadənin ölkənin nəqliyyat scktoruna müsbət təsir göstərəcəyini, nəqliyyat sıxlığının azalmasına səbəb ola biləcəyini vurğulamışdır.
Müzakirələrdə iştirak edən digər çıxışçılar da velosiped idmanının inkişafı ilə bağlı öz fikir və mülahizələrini söyləmiş, geniş kütlələrin bu işə cəlb olunmağının vacibliyini vurğulamışlar.