Synergy Baku Yeni Zelandiya yollarında yarışacaq
28 noyabr 2013 16:56

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in yeni mövsümdə çıxış edəcəyi ilk yarış artıq məlumdu. Azerisport.az xəbər verir ki, komandamız gələn il yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyanın Manavatu şəhərində keçiriləcək “Cycle Classic” veloyürüşündə mübarizə aparacaq.
Xatırladaq ki, yeni yaranmasına baxmayaraq, “Synergy Baku” 2013-cü ildə Beynəlxalq Velosipedçilər İttifaqının xətti ilə keçirilən Avropa və Asiya turlarında üst-üstə 14 dəfə qələbə sevinci yaşayıb və bu üzdən də kollektivin adı Yeni Zelandiya turunda favoritlər sırasında çəkilir.
Komandanın meneceri David McQuaidın sözlərinə görə, Yeni Zelandiya turu öncəsi “Synergy Baku” Avstraliyanın Melbrun şəhərində təlim-məşq toplantısı da keçəcək. O həmçinin bildirib ki, heyəti yenilənmiş kollektivdə aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il komanda üzvlərinin orta yaşı 25-ə bərabər olacaq. Xatırladaq ki, 2013-cü ildə müvafiq göstərici 27 yaş olub.